Bir gündə iki məşq
05.01.2019 , 09:56

“Sabah”ın qış hazırlıqları davam edir. Yanvarın 2-dən Türkiyənin Antalya şəhərinin Lara bölgəsində təlim-məşq toplanışında olan komanda bu gün 2 məşq keçib.
Səhər məşqində fiziki, axşam məşqində isə taktiki-texniki çalışmalara üstünlük verilib.
Qeyd edək ki, “Sabah”ın Türkiyə toplanışı yanvarın 23-dək davam edəcək.
