big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

Bir-birini söyən məşqçilərə 3 oyun cəza

18.02.2020 , 16:29

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Korner.az xəbər verir ki, aparılan müzakirələrdən sonra qurumun bayrağı altında təşkil olunan yarışlarla bağlı aşağıdakı qərarlar çıxarılıb:

Gənclər Liqasının “Keşlə” – “Neftçi” oyununda “Keşlə”nin futbolçusu Elnur Mirzəyev qarşılaşmanın 56-cı dəqiqəsində ciddi qayda pozuntusuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. “Keşlə”nin digər futbolçusu Əliəkbər Şəbiyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. “Neftçi”nin futbolçusu Ramin Nəsirli qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Region Liqasının “Energetik” – “Göyəzən” oyununda “Energetik”in futbolçusu Ruslan Voronsov qarşılaşmanın 66-cı dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Region Liqasının “Alyans” – “Ərkivan” oyununda “Ərkivan”ın futbolçusu Hilal Məmmədov qarşılaşmanın 88-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-17 Liqasının “Sabah” – “Tufan” oyununda “Tufan”ın futbolçusu İlkin Abbaslı qarşılaşmanın 86-cı dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-17 Liqasının “İsgəndər Cavadov BFA” – “Zirə” oyununda “Zirə”nin futbolçusu Vüsal Əliyev qarşılaşmanın 70-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-17 Liqasının İOEUGİM – “Səbail” oyununda “Səbail”in futbolçusu Elməddin Qurbanlı qarşılaşmanın 78-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-16 Liqasının “Keşlə” – “Səbail” oyununda “Səbail”in futbolçusu Rza Əliyev qarşılaşmanın 73-cü dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı
vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-15 Liqasının “Sabah” – “Qəbələ” oyununda “Qəbələ”nin futbolçusu Nurlan Qurbanov qarşılaşmanın 62-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-15 Liqasının “Sumqayıt” – “Kəpəz” oyununda “Sumqayıt”ın heyətində turu buraxmalı olan oyunçu Ümid Rəcəbov oyunda iştirak edib. Bu səbəbdən “Sumqayıt”a 0:3 hesablı məğlubiyyət verirlib.

U-14 Liqasının “Sumqayıt” – “Zirə” oyununda “Sumqayıt”ın futbolçusu Namiq Məmmədzadə qarşılaşmanın 70-ci dəqiqəsində rəqibi bilərəkdən vurduğuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Qarşılaşmanın 70-ci dəqiqəsində “Zirə”nin futbolçu Çingiz Mədətov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-13 Liqasının “Kəpəz” – TİM (Gəncə) oyunununda TİM (Gəncə) komandasının futbolçusu Sənan Şamilov qarşılaşmanın 45-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-13 Liqasının UGİM (Neftçala) – “Məhsul” (Cəlilabad) oyununda UGİM (Neftçala) komandasının futbolçusu Həzrət Nəzərli qarşılaşmanın 35-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-12 Liqasının “Keşlə” – “Quba İK” oyunu “Quba İK” komandası təyin olunan vaxtda meydana çıxmadığı üçün baş tutmayıb. Bu səbəbdən “Quba İK” komandasına 0:3 hesablı məğlubiyyət verilib.

U-11 Liqasında keçirilməli olan “Xızı Təhsil” – “Nabran”(Xaçmaz) oyunu “Xızı Təhsil” komandası təyin olunan vaxtda meydana çıxmadığı üçün baş tutmayıb. Bu səbəbdən “Xızı Təhsil” komandasına 0:3 hesablı məğlubiyyət verilib.

U-11 Liqasının UGİM (Astara) -“Zirvə” (Lənkəran) oyunununda UGİM (Astara) və “Zirvə” (Lənkəran) komandalarının baş məşqçiləri Qəhrəman Mirzəyev və Xəyal Abbasov bir-birilərini təhqri etdiklərinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Bu səbəbdən hər iki rəsmi şəxs 3 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan Kubokunun 1/16 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilmiş “Borçalı” – “Red Line” matçında “Borçalı” klubunun futzalçısı Asif İsmayılov kobud oyuna görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. Həmin görüşdə “Borçalı”nın futzalçısı Anar Səlimov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan Kubokunun 1/16 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilmiş NTD – EKOL matçında EKOL klubunun futzalçısı Samir Həmzəyev kobud oyuna görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan Kubokunun 1/16 final mərhələsinin cavab oyunları çərçivəsində “Baker Tilly” – “Xızı Futsal” oyunu “Xızı Futsal”ın təyin olunan vaxtda meydana çıxmaması üzündən baş tutmayıb. Buna görə “Xızı Futzal” komandasına 0:5 hesablı məğlubiyyət verilib.

Son yazılar

To Top