"İnter"in yeni transferi Rodriqo Palasio bu mövsüm A seriyasında çempion olacaqları təqdirdə saçını kəsdirəcəyini deyib.
Korner.az-ın məlumatına görə, "Cenoa"da uğurlu çıxışın ardından Milan şəhərinin təmsilçisinə keçən Palasio: "Saçlarım mənim üçün çox dəyərlidir. Heç kim onlara toxuna bilməz. Lakin çempion olsaq, bir az ucundan kəsdirə bilərəm". – ifadələrinə yer verib.
