Bir aylıq məvaciblərindən imtina etdilər
16.04.2020 , 17:42

İtaliyanın “Parma” klubunun futbolçu və məşqçi heyəti bir aylıq məvaciblərindən imtina ediblər.
Korner.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Futbolçu və məşqçilərlə yanaşı, klubun digər çalışanları da aylıq maaşlarından imtina ediblər.
Onlar koronavirus pandemiyasına görə kluba dəstək olmaq üçün belə addım atıblar.
