Birinci Divizionda debütə hazırlaşan “Binə” komandası növbəti mövsüm öncəsi təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində daha bir yoxlama görüşündə qüvvəsini sınayıb.
Sözügedən kollektivin rəqibi “Zirə”nin əvəzedici heyəti olub. Binə qəsəbə stadionunda keçirilən matç gərgin və maraqlı mübarizə şəraitində keçib. Yekunda binəlilər 4:2 hesablı qələbəyə seviniblər.
