“Turan”ın baş məşqçisi Əfqan Talıbov "Xəzər Lənkəran" məğlubiyyətini (4:2) dəyərləndirib.
Korner.az-ın məlumatına görə, Tovuz təmsilçisinin çalışdırıcısı məğlubiyyət haqda bunları deyib:
"Bilirdik ki, “Xəzər Lənkəran” standart vəziyyətlərdən yaxşı oynayır. Bu üzdən belə vəziyyətlərdə diqqətli olmağı yetirmələrimə tapşırmışdım. Lakin yenə qolların çoxunu belə vəziyyətlərdən buraxdıq.
Komandamız buraxılan 2-ci qoldan sonra özünə gələ bildi. Lakin hesab 3:2 olandan sonra futbolçularımızın gücü çatmadı. Bu da heyətdə olan dəyişikliklərlə bağlıdı. Yeni gələnlər təcrübəsi olduğundan istədiyimiz kimi nəticə əldə etmədik”.