İngiltərənin "Vest Hem" klubu "Qalatasaray"ın hücumçusu Burak Yılmazın xidmətində maraqlıdı.
Korner.az-ın məlumatına görə, "çəkicdöyənlər"in baş məşqçisi Slaven Biliç hücumçunu komandasında görmək istəyir.
İngilislər 30 yaşlı forvard üçün 5 milyon avro təklif edib. Lakin bu rəqəm "sarı-qırmızılı" klubun rəhbərliyini qane etməyib. Bu səbəbdən də onlar London təmsilçisinin rəsmiləri ilə transfer masası arxasında oturmaq fikrində deyillər.
