Türkiyə
Superliqasının 24-cü turu çərçivəsində “Beşiktaş” – “Kayseri Ərciyəsspor”
matçında maraqlı anlar yaşanıb.
Korner.az-ın
məlumatına görə, doğma meydanda autsayderə böyük hesabla (5:1) qalib gələn
oyunda “Qara qartallar”ın baş məşqçisi Slaven Biliç sevincini gizlədə bilməyib.
Belə
ki, xorvatiyalı mütəxəssis kayserililırin qapısına vurulan 3-cü qoldan sonra su
içmək üçün kənara çıxan Necip Uysaldan onu öpməsini istəyib. Həmin anda
futbolçu onun istəyini yerinə yetirib. Bu maraqlı anlar da fotorepartyorların
diqqətindən qaçmayıb.
