Biliç “Fənərbağça”nın başına keçir?
18.03.2020 , 11:18
“Fənərbağça” yeni baş məşqçi axtarışlarını davam etdirir.
Korner.az-ın məlumatına görə, “sarı-lacivərdlilər” Ersun Yanalın göndərilməsinin ardından Slaven Biliçlə anlaşacağı bildirilir. Bu barədə İngiltərə mətbuatı xəbər yayıb.
Xəbərdə bildirilir ki, daha əvvəl “Beşiktaş”ın baş məşqçisi olmuş xorvatiyalı mütəxəssis yenidən Türkiyəyə qayıtmağa müsbət baxır.
