“Vest Hem” istefaya göndərdiyi baş məşqçisi Slaven Biliçə təzminat ödəyib.
Xorvatiyalı mütəxəssislə müqavilə vaxtından ləğv olunduğu üçün ona 2 milyon funt sterlinq kompensasiya verilib.
Biliçin “Vest Hem”lə müqaviləsi gələn ilin yayı başa çatırdı. Onun əvəzinə komandaya “Sanderlend”in sabiq çalışdırıcısı Devid Moyesin gətiriləcəyi gözlənilir.
