Bu gün Çempionlar Liqasınnı II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Rudar” oyununun biletləri satışa çıxarılıb.
Korner.az-ın məlumatına görə, biletlər oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satılır.
Bilətlərin qiyməti:
1-11 sektor 1 AZN
12-17 sektor 2 AZN
18-27 sektor 1 AZN 29 və 38 sektor 2 AZN
VİP 20 AZN
“Qarabağ” bütün ictimayyətdən biletləri sadəcə Respublika stadionunun kassalarından və holoqramlı bilet almağını xahiş edib:
“Kassadan bilet almaqla “Qara bazar” imkanlarını məhdudlaşdırmış olarıq. Klub tərəfindən ayrılmış mühafizə xidmətinin əməkdaşları da satış müddətində sizə yardım etmək üçün çalışacaqdı”.
