Bu gün Avropa Liqasının ilkin təsnifat mərhələsinin ilk oyununa çıxacaq “Xəzər Lənkəran” klubu Maltada aldadılıb. Bu gün Maltada “Slima” ilə oyuna çıxacaq cənub klubu əvvəlcədən gözləndildiyi kimi, Ta Qali stadionunda oynamayacaq.
Korner.az-ın məlumatına görə, avrokubokların püşkündən sonra qarşılaşmanın Ta Qali şəhərindəki mərkəzi stadionda keçiriləcəyi deyilsə də, Malta Futbol Federasiyası buna mane olub. Belə ki, federasiya rəsmiləri meydanın təbii öt örtüyünü qoruduğundan “Slima” – “Xəzər Lənkəran” görüşü yardımçı – süni örtüklü meydançada baş tutacaq. Bu isə “Xəzər Lənkəran”ın ciddi narazılığına səbəb olub.
Bu barədə Cənub klubunun mətbuat katibi Hüseyn Cəbrayıloğlu məlumat verib. Hazırda Maltada olan Cəbrayıloğlu bildirib ki, stadionun vəziyyəti çox bərbaddır:
“Xəzər Lənkəran” ın düşərgəsində vəziyyət yaxşıdır. Amma oyunun keçiriləcəyi stadion çox pis vəziyyətdədir. Arenanın nə ışıqlandırma sistemi var, nə də qazonu normaldır. Oyun tez və isti havada keçiriləcək. Bütün bunlar bizə problem yaradan cəhətlərdir.
Qeyd edək ki, “Slima” – “Xəzər Lənkəran” oyunu Bakı vaxtı ilə saat 20:45-də başlanacaq.
futbol11.az
