FİFA milli komandaların noyabr ayı üçün yeni reytinq siyahısını açıqlayıb. Korner.az-ın məlumatına görə, Berti Foqtsun rəhbərlik etdiyi milli komandamız reytinqdə 12 pillə geriləyib.
Bu geriləmənin ardından yığmamız 277 xalla 123-cü pillədə qərarlaşıb.
DÇ-2014-ün seçmə qrup oyunlarındakı rəqiblərimizə gəlincə isə, Portuqaliya seçməsi 1178 xalla 4-cü, Rusiya yığması isə 3 pillə irəliləyərək 1084 xalla 9-cu yerə yüksəlib.
İsrail 4 pillə irəliləyərək 78-ci, Şimali İrlandiya 100-cü, Lüksemburq isə 144-cü yerdədi.
Liderlik yenə İspaniya millisinə məxsusdu. Son Avropa və dünya çempionlarının aktivində 1564 xal var. Almaniya millisi 1421 xalla ikinci, Argentina yığması isə 1349 xalla üçüncüdür.
