Avstraliya çempionatında skandal hadisə baş verib.
Korner.az-ın məlumatına görə, çempionatda oynayan “Qredik” komandasının futbolçularından biri olan Dominik Taboqi polisə müraciət edərək, ona oyun satması üçün şantaj edildiyini bildirib.
O, polisə üç nəfərin də adını verib. Futbolçu deyib ki, əgər oyunu satmasa, onun karyerasını ömürlük bitirmək üçün şantaj ediblər.
Şantaj edən insanlar arasında Avstraliya milli komandasının keçmiş futbolçusu Sanel Kuliçin də adı var.
