Foqts futbolçularımızın vaxta aparmasına görə O`Nilldən üzr istəyib?
Şimali İrlandiya millisinin baş məşqçisi Maykl O’Nill DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycanla keçidrikləri oyun (1:1) haqda Britaniya mətbuatına danışıb.
Korner.az-ın məlumatına görə, 43 yaşlı çalışdırıcı bildirib ki, Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts oyundan sonra ondan üzr istədiyini bildirərək, oyun haqda bunları deyib:
"Azərbaycanla matç, bizim üçün ən uğursuz oyunlardan biri idi. Azərbaycanlılar hesabı açdıqdan sonra biz oyunda tamamilə üstünlüyə yiyələndik. Bu üzdən qələbə qazanmalı idik. Foqts qarşılaşma başa çatdıqdan sonra futbolçularının meydanda vaxt aparmasına görə məndən üzr istədi. Oyun ərzində dəfələrlə məşqçilər narazılıqlarını bildirmək üçün meydançaya yaxınlaşırdı. Məncə, baş hakim oyuna nəzarət edə bilmirdi və bu matça daha yaxşı hazırlaşmalı idi”.
