Hərbiçilər arasında Bakıda keçiriləcək dünya çempionatına az müddət qalsa da, hər şey istənilən səviyyədə deyil.
Korner.az-ın məlumatına görə, komandaya dəvət olunan Premyer Liqa klubunun əsgər futbolçularına forma belə verilmir.
Hətta vəziyyət o yerə çatb ki, futbolçular özləri şəxsi formaları ilə məşqlərə gəlirlər. İstər AFFA, istərsə də Müdafiə Nazirliyi "bəh-bəh"lə danışılan çempionat öncəsi futbolçulara istənilən qayğını göstərmir. Hətta komandanın dünya çempionatındakı iddiası, veriləcək mükafat da bəlli deyil. AFFA məsələdən boyun qaçırır, MN isə "yola" verməklə məşğuldu".