Beynəlxalq turnirdə ilk görüş
09.05.2019 , 18:28

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası İspaniyanın Salou şəhərində təşkil olunmuş “ANOC World Beach Soccer Games ” turnirində ilk oyununu keçirib.
AFFA-nın rəsmi saytına istinadən verilən xəbərə görə, Ukrayna millisi ilə qarşılaşan futbolçularımız 4:6 hesabı ilə məğlub olub. Sabir Allahquliyevin het-trik etdiyi oyunda Asif Zeynalov 1 dəfə fərqlənib.
