Beynəlxalq Basketbol Federasiyasının baş katibi vəfat edib
14.10.2018 , 17:17

Beynəlxalq Basketbol Federasiyasının (FIBA) baş katibi və Beynəlxalq İdman Federasiyaları Qlobal Assosiasiyasının isveçrəli rəhbəri Patrik Baumann 52 yaşında Buenos-Ayresdə dünyasını dəyişib.
Bu barədə FIBA-ya istinadən TASS məlumat yayıb.
“FIBA-nın baş katibi Patrik Baumann şənbə günü Buenos-Ayresdə gənclər arasında keçirilən Olimpiya Oyunları zamanı vəfat edib. Onun ölümünə ürək tutması səbəb olub. Təcili tibbi yardım bir fayda verməyib”, – deyə məlumatda bildirilir.
