Beylin son durumu açıqlandı
05.01.2019 , 09:12

“Real”ın zədəli futbolçusu Qaret Beylin son durumu müəyyənləşib.
La Liqanın 17-ci turunda “Vilyarreal”la matçda (2:2) zədələnən uelsli hücumçunun 10-15 gün yaşıl meydanladan uzaq qalacağı məlum olub. Bu isə o deməkdir ki, 29 yaşlı oyunçu ölkə çempionatında “Real Sosyedad”(6 yanvar) və “Betis”lə (13 yanvar) matçları dəqq buraxacaq.
Beyl bu mövsüm La Liqada 15 matçda 4 qol vurub, 2 qolun ötürməsini verib.
