“Real” (Madrid) klubunun futbolçusu Qaret Beyl daha bir rekorda imza atıb.
Korner.az-ın məlumatına görə, uelsli futbolçu ardıcıl IV dəfə öz ölkəsində ilin futbolçusu seçilib. Bununla da o, Mark Hyuz və Con Hartsonun rekordunu qırıb. Onlar hərəyə 3 dəfə bu mükafata layiq görülüb.
Qeyd edək ki, gənc xavbek Uels yığmasında 45 oyuna çıxıb və 14 dəfə fərqlənib
