Madrid “Real”ının futbolçusu Qaret Beyl Çempionlar Liqasının finalı öncəsi qalmaqallı açıqlama verib.
Korner.az-ın məlumatına görə, uelsli futbolçu “Atletiko”nun (Madrid) heç bir futbolçusunun “Real”ın əsas heyətində oynamağa layiq olmadığını deyib.
“Məncə, “Atletiko”nun heç bir oyunçusu “Real”ın “ilk 11-liy”inə düşə bilməz. Onlara uduzsaq, bu, turnir cədvəlinin sonuncu pilləsini tutmaq kimi böyük faciə olacaq bizim üçün”, – deyə Beyl bildirib.
