İspaniya La Liqasında mübarizə aparan “Real”ın (Madrid) futbolçusu Qaret Beyl 3 ay fasilədən sonra yaşıl meydanlara qayıdır.
Korner.az-ın məlumatına görə, uelsli futbolçunun La Liqada “Espanyol”a qarşı oyunda çıxış etməsi gözlənilir.
Media nümayəndələrinin suallarını cavablandıran komandanın baş məşqçisi Zinəddin Zidan: “Beyl heyətdə olacaq. Ona vaxt vermək istəyirəm. Beyl bizim üçün çox önəmli oyunçudu. Onun keyfiyyətini, sürətini və rəqib üçün yaratdığı təhlükəni çox yaxşı bilirik. Komandaya qoşulduğuna və yenidən oynayacağına görə çox xoşbəxtdi”.
Xatırladaq ki, ulduz futbolçu Çempionlar Liqası çərçivəsində “Sportinq”ə (Lissabon) qarşı oyunda zədələnmişdi.
