“Real” Madridin futbolçusu Qəret Beyl karyerasını İngiltərədə davam etdirə bilər. Bu barədə “Don Balon” nəşri yazır.
Mənbə iddia edir ki, Beyl “Real”ı tərk etsə, gedəcəyi yer London olacaq. Bu baxımdan “Tottenhem”in uelsli futbolçu ilə ciddi maraqlandığı deyilir. Bundan başqa, Beyl ilə “Mançester Yunayted” və “Çelsi” də maraqlanır.
28 yaşlı futbolçu 2013-cü ildə “Tottenhem”dən “Real”a transfer olunub. Komandada IV mövsümünü keçirən Beyl bu müddət ərzində 105 oyuna çıxıb və rəqib qapıçıları 57 dəfə məyus edib.
