Madrid “Real”ının futbolçusu Qaret Beyl Çempionlar Liqasının 1/8 finalında “Napoli” ilə ilk oyunu buraxacaq.
Korner.az-ın məlumatına görə, “kral klubu”nun baş məşqçisi Zinəddin Zidan uelsli yarımmüdafiəçinin adını sözügedən qarşılaşma üçün iştirak ərizəsinə daxil etməyib.
O, komanda ilə ümumi məşqlərə başlayan Q.Beyli tam hazır hesab etməyib.
