Futbol

Beyl millimizlə oyunda kapitan olacaq

22.08.2019 , 17:36

Uels millisinin üzvü Qaret Beyl yığmanın yeni kapitanı seçilib.

Korner.az xəbər verir ki, “Real”ın hücumçusu əsas kapitan kimi ilk matçını Avro-2020-nin seçmə mərhələsində sentyabrın 6-da yığmamıza qarşı keçirəcək.

Komandanın baş məşqçisi Rayan Giqqz yerli mətbuata açıqlamasında bu kapitanlığın müvəqqəti ola biləcəyini də bildirib: “Eşli Uilyams hələ də millidə əsas kapitan olaraq qalır. Komandaya yenidən cəlb olunsa, kapitan olacaq”.

Uels sentyabrın 6-da Azərbaycanı, dörd gün sonra isə yoldaşlıq görüşü çərçivəsində Belarusu qəbul edəcək.

Son yazılar

Yuxarı