İspanya La Liqasında mübarizə aparan “Real”ın (Madrid) baş məşqçisi Zinəddin Zidan “Barselona”ya qarşı keçiriləcək oyundan əvvəl mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Korner.az-ın məlumatına görə, təcrübəli baş məşçi zədəli olan Qaret Beylin sağaldığını və “El Klasiko”da iştirak edə biləcəyini deyib.
Qeyd edək ki, “Real” – “Barselona” matçı sabah Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
