Beyl doğulduğu xəstəxanaya 500 min bağışladı
23.04.2020 , 20:28

“Real”ın futbolçusu Qaret Beyl xeyirxah addım atıb.
Korner.az xəbər verir ki, o, koronavirusla mübarizə üçün 500 min funt-sterlinq ayırıb.
Uels universiteti xəstəxanası ulduz futbolçuya və onun xanımına yatırım üçün təşəkkür edib.
30 yaşlı vinger açıqlamasında köməklik etdiyi xəstəxanada doğulduğunu deyib: “Bu xəstəxana mənim üçün xüsisidi. Burada doğulmuşam. Xəstəxana mənə və ailmə xidmət göstərib. İndi biz onlara dəstək olmalıyıq”.
