Beyl cəzalandırıldı
10.01.2019 , 16:45

“Real”ın futbolçusu Qaret Beyl klubu tərəfindən cəzalandırılıb.
La Liqanın 18-ci turunda “Real Sosyedad”la oyunu zədəli olduğu üçün tribunadan izləyən 29 yaşlı hücumçunun matçın 78-ci dəqiqəsində stadionu tərk etdiyi üçün cəzalandırılıb.
Cəzanın məbləği isə açıqlanmayıb.
Qeyd edək ki, Madrid klubunun qaydalarına görə, heyətdən kənarda qalan futbolçular da komandaya dəstək məqsədi ilə tribunadan oyunu sonadək izləməlidir.
