Premyer Liqada yaranmış fasilədən istifadə edən “Xəzər Lənkəran” bugün yoxlama görüşündə qüvvəsini sınayıb.
Korner.az-ın Lənkəran klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, Yunis Hüseynovun komandası öz əvəzedicilərini sınağa çəkib.
Lənkəran Olimpiya İdman Kompleksinin stadionunda keçirilən qarşılaşma əsas komandanın 6:4 hesablı qələbəsi ilə başa çatıb. Əsas komandanın qollarına Beto (4), Ağabala Ramazanov və Adrian Pit imza atıblar.
Yunis Hüseynov aşağıdakı futbolçulara şans verib:
Tərlan Qasımzadə, Vanderson Skarduelli, Adrian Skarlatake, Eder Bonfim, Radomir Todorov, Elnur Abdullayev, Roberto Alviz, Sadio Tounkara, Adrian Pits, Dimitrios Sialmas və Beto.
Hüseynov əsas komandanın üzvləri Kamal Bayramov, Akif Tağıyev, Kazım Kazımlı, Kamran Abdullazadə və Elnur Allahverdiyevə əvəzedici komandanın heyətində çıxış etməyə imkan yaradıb.
Qeyd edək ki, Ağabala Ramazanov ilk hissəni əvəzedici, ikinci hissəni isə əsas komandanın heyətində keçirib.