“Betis”dən yeni transfer
28.12.2023 , 13:39

“Betis” yeni transferini reallaşdırıb.
Korner.az xəbər verir ki, La Liqa təmsilçisi “İnternasyonal”dan Conni Kardozonu heyətinə cəlb edib.
Onunla 2029-cu ilə qədər müqavilə imzalanıb.
Bu keçid “Betis”ə 6 milyon avroya başa gəlib.
