“Betis” məvacibləri azaltdı
02.04.2020 , 19:02

“Betis” futbolçularının məvacibini azaltmağa qərar verib.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.
Bildirilir ki, klub futbolçularla razılıq əldə edib və məvaciblər 15 faiz azaldılacaq.
Məvaciblərin azalması qərarına məşqçilər heyətinin də daxil edildiyi bildirilib.
