“Betis” braziliyalı oyunçunu saxlayacaq
14.04.2025 , 11:56

“Betis” “Mançester Yunayted”dən icarəyə götürdüyü Antoni ilə bağlı qərar verib.
Korner.az xəbər verir ki, La Liqa təmsilçisi yarımmüdafiəçini komandada saxlayacaq.
Klub braziliyalı futbolçunu birdəfəlik almağı düşünür. Tərəflər arasında yaxın zamanda danışıqların baş tutacağı gözlənilir.
Təcrübəli oyunçunun İspaniya komandası ilə hazırkı icarə müqaviləsinin müddəti cari mövsümün sonuna kimidir.
