“Beşiltaş”ın futbolçusu “Zenit”in hədəfində
19.02.2026 , 21:45
“Beşiktaş”ın kapitanı Orkun Kökçü Rusiyanın “Zenit” klubu tərəfindən transfer hədəfi kimi göstərilib.
Korner.az xəbər verir ki, Sankt-Peterburq komandası 25 yaşlı yarımmüdafiəçi üçün İstanbul klubuna 30 milyon avroluq təklif göndərib.
Bu barədə Türkiyə mətbuatı məlunat yayıb.
Lakin “Beşiktaş” təklifi qəbul etməyib və futbolçunu yalnız daha yüksək təklif olarsa satmağı planlaşdırır.
Qeyd edək ki, Türkiyə millisinin üzvü komandası ilə 27 oyunda meydana çıxaraq 5 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.