Uzun müddətdir qalıb-qalmayacağı sual altında olan "Beşiktaş"ın çexiyalı futbolçusu Sivok klubu ilə olan müqaviləsini 3 il daha uzadıb.
Korner.az-ın məlumatına görə, "qara-qartalların" digər sabiq üzvü Egemen Korkmazın komandadan ayrılmasından sonra çexiyalı müdafiəçi ilə müqavilə uzadılması düşünülürdü ki, "ağ-qaralar" bunu bacardılar.
Qeyd edək ki, Sivok 117 dəfə "Beşiktaş"ın formasını geyinib. O, bu matçlarda 11 dəfə rəqib qapılarına yol tapmağa müvəffəq olub.
