“Beşiktaş”ın futbolçusu Gökhan Töre ingilislərin maraq dairəsinə düşüb.
Korner.az-ın məlumatına görə, bu xəbər ada mətbuatında yer alıb. Daily Star qəzetinin yazdığına inansaq, “Tottenhem” klubu gənc futbolçunu heyətinə qatmaq niyyətindədi.
Mənbədə deyilir ki, londonluların baş məşqçisi Paçetino Avropa Liqası çərçivəsində “Tottenhem”lə oynanılan oyunda Törenin çıxışını bəyənib.
