Türkiyə Super Liqasında mübarizə aparan “Qalatasaray” “Beşiktaş”ın futbolçusu Tolqay Arslanı istəyir.
Korner.az-ın məlumatına görə, yarımmüdafiə xəttini gücləndirmək istəyən “Cim Bom” oyunçu üçün 3 milyon avrodan keçməyə hazırdı.
Heyətə düşməkdə çətinlik çəkən yarımmüdafiəçi üçün üzümüzə gələn həftələrdə “Qalatasaray”ın “Beşiktaş”a rəsmi təklif göndərməsi gözlənilir.
Xatırladaq ki, 26 yaşlı Tolqayın “qara qartallar”la müqaviləsi gələn mövsümün sonunda bitir.
