“Beşiktaş”ın yeni transferi
07.08.2019 , 19:21

Türkiyənin “Beşiktaş” klubu yeni transferini açıqlayıb.
Korner.az xəbər verir ki, klub İspaniya La Liqa təmsilçisi “Vilyarreal”ın müdafiəçisi Viktor Ruisi transfer edib. Futbolçu ilə 3 illik müqavilə imzalanıb. İstanbul təmsilçisi bu keçid üçün 2,5 milyon avro ödəyib.
“Barselona”nın yetirməsi olan futbolçu peşəkar karyerasına “Espanyol”da başlayıb.
