“Beşiktaş”ın yeni transfer hədəfi
14.01.2025 , 12:35

“Beşiktaş” qış transfer çalışmalarını davam etdirir.
Korner.az xəbər verir ki, Super Liqa təmsilçisinin “Viborq”un yarımmüdafiəçisi Serqinyo ilə maraqlandığı iddia olunur.
Bu barədə Fabrizio Romano məlumat yayıb.
Cari mövsümdə “Viborq”un heyətində 15 matçda iştirak edən futbolçu 3 qol vurub, 13 məhsuldar ötürmə edib.
Hazırda bazar dəyəri 1,7 milyon avro olan oyunçunun klubu ilə müqaviləsinin müddəti 2026-cı ilə qədər qüvvədədir.
