“Beşiktaş”ın yeni transfer hədəfi
27.06.2024 , 20:32

“Beşiktaş” Yucef Atalı transfer gündəminə gətirib.
Korner.az xəbər verir ki, bu barədə Əlcəzair mətbuatı məlumat yayıb.
Xəbərdə, Atalla “Beşiktaş”dan başqa “Eyüpspor”un da maraqlandığı iddia edilib.
28 yaşlı oyunçu ötən mövsümün ikinci yarısında “Adana Dəmirspor”da çıxış edib. Əlcəzairli futbolçunun Aralıq dənizi təmsilçisi ilə müqaviləsi başa çatıb.
“Adana Dəmirspor”un heyətində 11 oyuna çıxan Atal 1 qol vurub, 2 məhsuldar ötürmə edib.
