“Beşiktaş”ın yeni transfer hədəfi
10.05.2024 , 22:30

“Beşiktaş” yeni mövsüm üçün hazırlaşır.
Korner.az xəbər verir ki, klubun yeni transfer hədəfi məlum olub.
İstanbul təmsilçisi “Alanyaspor”da çıxış edən Oğuz Aydını gündəminə gətirin.
“Beşiktaş”ın 23 yaşlı ulduz futbolçunu çox istədiyi və 2,5 milyon avro təklif etdiyi bildirilir.
“Alanyaspor” rəhbərliyinin Oğuz Aydın üçün 5 milyon avro istədiyi iddia edilir.
Bu mövsüm “Alanyaspor”da 36 rəsmi oyuna çıxan Oğuz Aydın bu matçlarda 12 qol vurub, 8 məhsuldar ötürmə edib.
