Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən Türkiyənin "Beşiktaş" klubu yeni futbolçu transfer edə bilər.
Korner.az "Lig tv"yə istinadən xəbər verir ki, "ara-qartal"ın idarəçiləri Rusiya Premyer Liqasının təmsilçisi "Zenit"in 29 yaşlı futbolçusu Danko Lazovic ilə razılığa gəlib. Yuqoslaviyalı hücumçunun bu gün İstanbula gələrək rəsmi müqaviləyə imza atması gözlənir.
Danko keçən mövsüm "Zenitin" heyətində 51 liqa matçında vurduğu 17 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.
