“Beşiktaş”ın yeni baş məşqçisi müəyyənləşdi
27.01.2020 , 18:47

Abdullah Avcı ilə yollarını ayıran “Beşiktaş”ın yeni baş məşqçisi müəyyənləşib.
Korner.az xəbər verir ki, “qara qartallar”ı bundan sonra Sərgən Yalçın çalışdıracaq. Klub rəhbərliyi mütəxəssislə 1,5 illik müqavilə şərtlərində razılığa gəlib.
Xatırladaq ki, Sergen Yalçın, 1991/1997 və 2002-2006-cı illərdə “Beşiktaş”da oynayıb.
