Kuarejma həbs edildi
"Beşiktaş"ın futbolçusu Rikardo Kuarejma həbs edilib.
Korner.az-ın məlumatına görə, portuqaliyalı futbolçunun qandallı fotosu üzə çıxıb.
"Qara qartal"ın heyətdən kənarlaşdırdığı 29 yaşlı yarımmüdafiəçi vətəni Portuqaliyada polisi vurduğu üçün saxlanılıb.
Rikardo Kuarejmanın məhkəməsi bu gün keçiriləcək.
