“Beşiktaş”ın transfer hədəfindəki futbolçu
27.04.2023 , 14:10

“Beşiktaş” yeni sezon üçün transfer çalışmalarını davam etdirir.
Korner.az xəbər verir ki, klub “Karagümrük”dən Fabio Borini transfer etmək istəyir.
“Beşiktaş” 32 yaşlı futbolçunu əldən verməmək üçün hərəkətə keçib.
Klub rəhbərliyi “Karagümrük”lə müqaviləsi iyunda bitəcək təcrübəli futbolçuya 1 milyon avro ödəyərək rənglərinə qatmağı planlaşdırır.
İtaliyalı ulduz meydana çıxdığı 27 liqa oyununda 19 qol vurub və 8 məhsuldar ötürmə edib.
