“Beşiktaş” “Bavariya”nın oyunçusuna elçi düşdü
02.05.2024 , 13:15

“Beşiktaş” növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir.
Korner.az xəbər verir ki, klub “Şalke 04″ün “Bavariya”dan icarəyə götürdüyü Yusuf Kabadayı üçün hərəkətə keçib.
“Beşiktaş”ın transfer qiyməti ilə bağlı məlumat verilməsə də, “Şalke”nin 20 yaşlı cinah oyunçusunu 1 milyon avroya almaqla bağlı razılaşması olduğu da bildirilib.
Digər tərəfdən, “Bavariya” ilə 1 illik müqaviləsi qalan Kabadayının Türkiyə variantına müsbət yanaşa biləcəyi qeyd edilib.
Bu mövsüm “Şalke 04″ün heyətində 23 rəsmi oyuna çıxan Yusuf Kabadayi bu matçlarda 5 qola imza atıb.
