“Beşiktaş”ın Şakiri israrı
18.06.2018 , 20:44

“Beşiktaş” Xerdan Şaqiri üçün yenidən danışıqlara başlayıb
Bir müddət danışıqlara fasilə vermək məcburiyyətində qalan “qartal” yenidən “hücum”a keçib. Belə ki, 26 yaşlı futbolçunun meneceri ilə əlaqə yaradan İstanbul təmsilçisi, Shaqiri üçün tələblərini məhdudlaşdırıb. Hazırda Şakirinin “Stok Siti”dən ayrılması gündəmdədir. Lakin hansı komandaya “hə” deyəcəyi qarşıdakı günlərdə məlum olacaq.
Qeyd edək ki, Xerdan Şakiri 2015-ci ildə 17 milyon avro qarşılığında “İnter”dən “Stok Siti”yə transfer edilmişdi. Futbolçu hazırda DÇ-2018-də İsveçrə millisinin şərəfini qoruyur.
