“Beşiktaş”ın Qurban Qurbanov israrı
18.03.2024 , 11:53

“Qarabağ”la tarixi nəticələr qazanan Qurban Qurbanov “Beşiktaş”ın “radarı”na düşüb.
Korner.az-ın məlumatına görə, “qara qartal” rəhbərliyi Fernando Santosdan narazıdı. İstanbul nəhəngi Qurban Qurbanovu komandanın başında görmək istəyir.
“Beşiktaş”ın idman direktoru Samet Aybaba Qurbanovun namizədliyini irəli sürüb. Klub Qurbanovun keçidindən israrlıdı.
