“Beşiktaş”ın prezidentində koronavirus aşkarlandı
14.05.2020 , 18:59

“Beşiktaş”ın prezidenti Ahmet Nur Çebi koronavirusa yoluxub.
Korner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Klub rəhbərinin dünən verdiyi koronavirus testinin müsbət nəticələndiyi və müalicəsinə başladıldığı bildirilib.
Qeyd edək ki, “Beşiktaş”da daha öncə test nəticəsi müsbət çıxanlardan birinin futbolçu, ikisinin məşqçi, digərlərinin isə bazada çalışan şəxslər olduğu iddia olunur.
