“Beşiktaş”ın Pereyra həmləsi
16.05.2023 , 12:02

Yeni mövsüm üçün iddialı komanda qurmaq istəyən “Beşiktaş” transfer çalışmalarını davam etdirir. “
Korner.az xəbər verir ki, “ağ-qaralar”ın növbəti hədəfi “Udineze”nin futbolçusu Roberto Pereyradır.
“Beşiktaş” rəhbərliyi İtaliya klubu ilə müqaviləsi bu il başa çatacaq 32 yaşlı mərkəz yarımmüdafiəçisi üçün danışıqlara başlayıb.
Futbolçunun hazırda bazar dəyəri 6,5 milyon avrodur.
