“Beşiktaş”ın Patrik Şik planı
13.06.2025 , 23:30

“Beşiktaş” yay transfer dönəmində Patrik Şiki yenidən gündəminə gətirib.
Korner.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
“Ağ-qaralar” çexiyalı hücumçunun keçidini həll etmək üçün əlindən gələni etməyə hazırdır.
Klub 28 yaşlı ulduzun komandaya qoşulmasını təmin etmək üçün sponsor danışıqlarını sürətləndirib.
Təcrübəli mərkəz hücumçusunun “Bayer”lə hazırkı müqaviləsinin müddəti 2027-ci ilə qədər qüvvədədir.
Forvard ötən mövsüm meydana çıxdığı 45 matçda 27 qola sevinib.
